Vaksin vurdurmaqdan imtina edən məscidin imamı koronavirusdan ölüb

    10

    Türkiyənin Aksaray şəhərinin Ortaköy rayonunda bir məsciddə 30 il imamlıq edən İsmail Yıldırım adlı ilahiyyatçı koronavirusun qurbanı olub. Aparılan ilkin araşdırma nəticəsində məlum olub ki, 52 yaşlı imam artıq uzun müddətdir ki, COVID-19 peyvəndi vurdurmaqdan imtina edib. İ. Yıldırım 15 gün müalicə aldığı reanimasiya şöbəsində dünən gecə dünyasını dəyişib. Dörd uşaq atası olan məscidin imamı bu gün dəfn edilib. Mənbə: “Demirören Haber Ajansı” (DHA)

    Əvvəlki məqaləAğ örpəyə bürünmüş Xudavəng monastırı məşhur fotoqrafın obyektivində – FOTO
    Növbəti məqalədəAğstafada 33 yaşlı gənc bıçaqlandı