Uşaq bağçasının müdirinin cinayət işindən YENİ XƏBƏR

    9

    Astara rayonu Suparibağ kənd körpələr evi-uşaq bağçasının sabiq müdiri Gülnarə Məcidovanın qanunsuz əməlləri ilə əlaqədar daxil olan vətəndaş müraciəti əsasında aparılan araşdırma nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işinin istintaqı tamamlanıb. Baş Prokurorluğun Mətbuat Xidmətindən verilən məlumata görə, istintaqla Gülnarə Məcidovanın qeyd olunan vəzifədə işləyərkən 2017-2020-ci illər ərzində rəhbərlik etdiyi müəssisənin üç işçisinin faktiki olaraq işə gəlməyərək əmək funksiyalarını icra etməməsinə baxmayaraq, müvafiq rəsmi sənədlərə onların guya işə çıxması və əməkhaqqı almasına dair bilə-bilə yalan məlumatlar daxil etməsinə, bu yolla da özündə saxladığı həmin şəxslərin adlarına olan əməkhaqqı kartlarına köçürülmüş ümumilikdə 14 min manat məbləğində pul vəsaitini qanunsuz olaraq ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib. İş üzrə toplanan sübutlar əsasında Gülnarə Məcidovaya Cinayət Məcəlləsinin 179.2.3 (qulluq mövqeyindən istifadə etməklə mənimsəmə), 179.2.4 (xeyli miqdarda ziyan vurmaqla mənimsəmə) və 313 (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilərək cinayət işi baxılması üçün aidiyyəti məhkəməyə göndərilib. İstintaq zamanı dəymiş ziyanın tam ödənilməsi təmin edilib.

    Əvvəlki məqaləFransanın İŞİD-lə əlaqələri İFŞA OLUNDU – VİDEO
    Növbəti məqalədəTrampın keçmiş müşaviri həbs olundu