Türkiyədə “İlin xəbər kanalı” “Haber Global” oldu – FOTO

    18

    Türkiyədə keçirilən “Marka Zirvəsi”ndə “5-ci Türkiyə Altın Marka Mükafatı” sahiblərinə təqdim olunub. Sözügedən tədbirdə ticarət, iqtisadiyyat, mədəniyyət, incəsənət və media sahəsində müxtəlif kateqoriyaların ən yaxşıları mükafatlandırılıb. Türkiyədə “İlin xəbər kanalı” nominasiyası üzrə mükafatın sahibi “Haber Global” telekanalı olub. Mükafatı kanalın adından “Haber Global”ın xəbər koordinatoru Sərdar Akdoğar alıb. “Mükafat üçün çox təşəkkür edirəm. Üç ildir yayım həyatımıza davam edirik. İlk gündən bu yana hər zaman hər kəsə düzgün xəbəri çatdırmaq üçün çalışırıq. Bundan sonra da eyni şəkildə davam edəcəyik”, – deyə o bildirib.

    Əvvəlki məqaləSabiq şöbə müdiri Vətən müharibəsi iştirakçısının həyat yoldaşından 2 500 manat pul istəyib – MƏHKƏMƏ
    Növbəti məqalədəZorlanmaya görə həbsdə olmuş şəxs azadlığa çıxıb məktəbliyə təcavüz etdi – MƏHKƏMƏ İŞİ