“SpaceX” müflis ola bilər

    13

    “SpaceX” kosmik şirkətinin yaradıcısı və sahibi İlon Mask “Raptor” raket mühərriklərinin istehsalındakı irəliləyişin zəif olmasından narazı qalıb. O, işçilərinə bildirib ki, istehsal prosesindəki böhran “iflas riski” yaradır. Bu barədə iş adamı şirkət əməkdaşlarına göndərilən elektron məktubda bildirib. Məlumat üçün qeyd edək ki, “Raptor” maye metan və oksigenlə işləyən qapalı dövrəli maye yanacaqlı raket mühərrikidir və Mask ondan “Starship”-də istifadə etməyi planlaşdırır. Mənbə: “RİA Novosti”

    Əvvəlki məqaləHansı temperaturda avtomobil sürmək təhlükəlidir? Mütəxəssisdən tövsiyə
    Növbəti məqalədəHakerlər tərəfindən sındırılan kameralardan görüntülər sosial şəbəkələrdə yayıldı