Rusiya NATO ilə əməkdaşlığı dayandırır

94

Rusiya Federasiyası Şimali Atlantika Alyansının(NATO) Rusiyanın daimi nümayəndəliyinin səkkiz əməkdaşının akkreditasiyasını ləğv etmək qərarından sonra noyabr ayının əvvəlindən etibarən NATO-dakı daimi nümayəndəliyinin işinin dayandırdıqlarını elan edib. Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov məlumat yayıb. S.Lavrov onu da bildirib ki, NATO-nun Moskvadakı məlumat bürosunun fəaliyyətinə də son qoyulur. S.Lavrov bu barədə NATO-nun Beynəlxalq Katibliyinin məlumatlandırıldığını vurğulayıb. Mənbə: TASS

Əvvəlki məqaləÇexiya prezidenti vəzifəsindən kənarlaşdırıla bilər
Növbəti məqalədəBill Qeytsin qızı evləndi: Kəbin kəsildi – FOTO