Qazax-Bakı yolunda QƏZA: Sərnişinlər təxliyə edildi – FOTO

    3

    Qazax-Bakı yolunun Kürdəmir-Hacıqabul ərazisindən keçən hissəsində yol nəqliyyat hadisəsi baş verib. Oxu.Az-ın xəbərinə görə, “Mercedes-Benz” markalı minik avtomobili Ağdaşdan Bakıya sərnişin daşıyan “Mercedes-Benz Sprinter” markalı nəqliyyat vasitəsilə toqquşub. Minik avtomobilinə ciddi ziyan dəyib. Xoşbəxtlikdən sərnişinlər arasında xəsarət alan olmayıb. Hazırda sərnişinlərin başqa maşınlarla təxliyəsi həyata keçirilir. Səbuhi Musayev

    Əvvəlki məqaləBakıda avtomobildən 22 kiloqramdan çox narkotik vasitə TAPILDI
    Növbəti məqalədəDollar bahalaşır: Manatın məzənnəsi ilə bağlı GÖZLƏNTİLƏR