Mərkəzi Asiya ölkələrinə Azərbaycanda postpandemiya dövrünə hazırlıqdan bəhs edilib

    4

    Azərbaycanın 2021-ci il ərzində sədrlik etdiyi Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) Proqramı çərçivəsində “CAREC regionunda COVİD-19 pandemiyasından sonra artan bərabərsizliyin aradan qaldırılması üçün sosial xərclər” mövzusunda videokonfrans formatında yüksək səviyyəli dialoq keçirilib. 11 ölkənin (Azərbaycan, Gürcüstan, Əfqanıstan, Çin, Qazaxıstan, Qırğızıstan, Monqolustan, Tacikistan, Özbəkistan, Türkmənistan, Pakistan) daxil olduğu Proqram regional əməkdaşlığın dəstəklənməsi vasitəsilə üzv ölkələrdə iqtisadi artımın və həyat tərzinin yaxşılaşdırılması məqsədi daşıyır. Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov virtual dialoqun COVID-19-un təsirlərinin yumşaldılması tədbirləri və pandemiyadan xilas olmaq üçün strategiyalarla bağlı fəal təcrübə mübadilələri üçün dəyərli imkan yaratdığını vurğulayb. Nazir müavini CAREC regionu çərçivəsində əməkdaşlığa böyük əhəmiyyət verən Azərbaycanın artıq 3-cü dəfə olmaqla 2021-ci ildə də bu inklüziv əməkdaşlıq platformasına sədrlik etdiyini, CAREC-in regionun davamlı iqtisadi inkişafına gələcəkdə də töhfə verəcəyinə əminliyini bildirib. A.Kərimov Prezident İlham Əliyevin tapşırığı ilə pandemiyanın ilk günlərindən ölkəmizdə icra olunan çevik və genişmiqyaslı sosial dəstək proqramlarından danışıb. O, qarşıdakı dövrdə də ölkəmizdə sosial rifah siyasətinin davam etdiriləcəyini, 2022-ci ildə Azərbaycanda sosialyönümlü xərclərin dövlət büdcəsinin 46,4 faizini və ya 13,8 milyard manatını təşkil edəcəyini bildirib. Qeyd edib ki, gələn il minimum əməkhaqqının artırılması, büdcədən maliyyələşən təşkilatların əməyinin ödənilməsi sisteminin təkmilləşdirilməsi, minimum pensiyanın, ehtiyac meyarının, bir sıra sosial müavinət və ödənişlərin artırılması nəzərdə tutulur. İclasda COVID-19 pandemiyası nəticəsində yaranmış iqtisadi və maliyyə çətinliklərinin həlli, gələcəkdə yarana biləcək iqtisadi və maliyyə böhranlarına qarşı güclü və davamlı sosial müdafiə sisteminin qurulması məsələləri ətrafında müzakirələr, təcrübə mübadilələri aparılıb. Nazir müavini vurğulayıb ki, bir il əvvəl Azərbaycan Respublikası beynəlxalq hüquq normaları çərçivəsində öz ərazi bütövlüyünü bərpa etdi, BMT-nin 4 qətnaməsinin icrasına nail oldu. İşğaldan azad edilmiş ərazilərimizin bərpası istiqamətində hazırda fəal iş aparılır.

    Əvvəlki məqaləİqtisadiyyat naziri “Uğur yolu”nun qalibləri ilə görüşdü – FOTO
    Növbəti məqalədəSalyanda avtoxuliqanlıq edən sürücü həbs edilib – FOTO/VİDEO