Dünyada koronavirusa qarşı peyvənd vurduranların sayı 8 milyardı ötüb

    26

    Dünyada koronavirusa qarşı peyvənd vurduranların sayı 8 milyardı ötüb. Onların yarıdan çoxu (4,16 milyard) üç ölkədə – Çində (2,5 milyard), Hindistanda (1,2 milyard) və ABŞ-da (0,46 milyard) təşkil edir. Məlumata görə, indiyədək insanlar 8,03 milyard doza koronavirusa qarşı peyvənd vurdurub. Planetdə neçə nəfərin peyvəndin tam kursunu tamamladığını müəyyən etmək hələlik mümkün deyil. Eyni zamanda, artıq bir sıra dövlətlərdə insanların revaksinasiyasına başlanılıb. Qeyd edək ki, olan məlumata görə Azərbaycanda vurulan vaksinlərin ümumi sayı 10 604 976, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 087 717, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 578 492 nəfər təşkil edir. Ümumilikdə isə 938 767 buster doza vurulub. Mənbə: TASS

    Əvvəlki məqaləBMT-nin mənzil qərargahı qarşısında həyəcan: Ərazi mühasirəyə alındı – VİDEO
    Növbəti məqalədəLavrov rəsmi görüşdə yenə zarafatından qalmadı: “Biz rəqs etməyəcəyik” – VİDEO