Braziliyada turistləri daşıyan avtobus qəzaya düşüb: Çox sayda ölən və xəsarət alan var

12

Braziliyanın San-Paulu ştatında turistləri daşıyan avtobusun qəzaya uğraması nəticəsində beş nəfər ölüb, 34 nəfər yaralanıb. Qeyd olunur ki, turistləri daşıyan avtobus Osvald Krus – San-Luis şosesində qəzaya uğrayıb. Hadisə yerinə xilasedicilər və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. Xəsarət alanların hamısı xəstəxanalara yerləşdirilib. Mənbə: G1

Əvvəlki məqaləİran yük maşını xarab oldu, Gorus-Tatev-Qafan yolu bağlandı – VİDEO
Növbəti məqalədəİran hakimiyyəti xalq məhkəməsi qarşısında – VİDEO