Azərbaycan gələn il 1 milyard dollardan çox borc qaytaracaq

23

2022-ci ildə Azərbaycanın dövlət büdcəsindən dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı 1 792 milyon manat və yaxud 1 054 milyon ABŞ dolları xərclənməsi nəzərdə tutulub. “Report” Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bu, ilkin proqnozla müqayisədə 6,3 % azdır, gələnilki büdcə xərclərinin 6 %-i deməkdir. 2021-ci ilin təsdiq edilmiş göstəricisi ilə müqayisədə dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclər 18,55 % azalacaq. Qaytarılacaq borcun 232 milyon manatını daxili dövlət borcu (o cümlədən 225 milyon manatı faiz ödənişləri), 1 560 milyon manatını isə xarici dövlət borcu (o cümlədən 408 milyon manatı faiz ödənişləri) təşkil edəcək.

Əvvəlki məqaləBakıda ərini boyunbağı ilə boğub öldürən qadın hakim qarşısında
Növbəti məqalədəTürkiyə Prezidentinin nümayəndəsi Naxçıvana çəkiləcək dəmiryolunun əhəmiyyətinə toxundu