Amerika məktəbində atışma: 3 ölü, 6 yaralı – VİDEO

    16

    ABŞ-ın Miçiqan ştatının Oksford şəhərindəki məktəbdə baş verən atışma nəticəsində 3 nəfər həlak olub, 6 nəfərsə güllə yarası alıb. Bu barədə polisin sözçüsü mətbuat konfransında məlumat verib. Nümayəndənin sözlərinə görə, məktəbdə olarkən hücum edən şəxs yarıavtomatik tapançadan 15-20 atəş açıb. Hüquq-mühafizə orqanlarının rəsmisi bildirib ki, qurbanlar çoxu şagirdlərdir. Polisin məlumatına görə, atəşi 15 yaşlı tələbə açıb. Cinayətkar çox güman ki, təkbaşına hərəkət edib. Hüquq-mühafizə orqanı rəsmisinin sözlərinə görə, hücum edən şəxs təslim olub, zabitlərə atəş açmayıb və özü də xəsarət almayıb. Mənbə: “RİA Novosti”

    Əvvəlki məqalə“Omikron” artıq 20 ölkəyə yayılıb
    Növbəti məqalədəƏrdoğan: “Türkiyə maliyyə bazarlarında təhdidlərdən qorxub çəkinməyəcək”