Almaniyada Merkellə vida mərasimi keçirilib – FOTO

    11

    Dekabrın 2-də Berlində Angela Merkelin Almaniya Federativ Respublikasının kansleri vəzifəsindən istefa verməsi ilə əlaqədar onun şərəfinə təntənəli mərasim keçirilib. “Axşam şəfəqi” (Großer Zapfenstreich) adlanan mərasim Almaniya silahlı qüvvələri (Bundesver) tərəfindən təşkil edilib. Mərasimdə 200-ə yaxın şəsx, o cümlədən kanslerin dövründə federal nazir vəzifəsində çalışmış 52 nəfər iştirak edib. Qeyd edək ki, Merkel 16 illik hakimiyyətdən sonra dekabrın 8-dək kansler postunu rəsmən tərk edəcək. Mənbə: mediza.io

    Əvvəlki məqalə45 milyona yaxın insan ac qala bilər
    Növbəti məqalədəDünyaya gəlməsini səhv hesab edən qadın anasının həkiminə qarşı məhkəməni uddu – FOTO